MÜSAHİBƏ

15 May

Bankların kreditləri 29,7 milyard manata çatdı

Finss.az - Mərkəzi Bankın təqdim etdiyi məlumata əsasən, 2025-ci ilin aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq, milli valyuta ekvivalentində 29 milyard 679,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ümumi kredit portfelinin 24 milyard 768,2 milyon manatı, yəni 83,5 faizi uzunmüddətli kreditlərin payına düşür.

Kreditlərin 93,9 faizi banklar tərəfindən, qalan 6,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin həcmi il ərzində 2,3 faiz artaraq 481,6 milyon manat olub və ümumi kredit portfelinin 1,6 faizini təşkil edib.