Finss.az - Özəl günləri hər zaman daha da özəlləşdirən PAŞA Sığorta şirkəti bu dəfə Ailə Gününə özəl 50 %-lik endirim kampaniyası elan edib.
Belə ki, kampaniya çərçivəsində ailəsi ilə şəklini əvvəl və sonra formatında çəkib paylaşıb və @pasha_insurance səhifəsini işarələyən şəxslər evlərini 50 % endirimlə sığortalayacaq.
Qeyd edək ki, kampaniya Bakı şəhəri üzrə və sığorta haqqı 99 AZN-dən yüksək olanlar üçün keçəlidir.
Kampaniya haqqında ətraflı məlumat üçün: cutt.ly/lrxz8zi3
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Zemfira Ms
Finss.az