Finss.az - Bu gün Bakıda kişi milli minifutbol komandaları arasında dünya çempionatı - “2025 WMF Dünya Kuboku” start götürür.
Ölkəmizdə idmanın inkişafına və kütləviləşməsinə dəstək verən ABB də dünya çempionatının tərəfdaşlarındandır. Çempionatın bütün oyunları paytaxtımızdakı Milli Gimnastika Arenasında baş tutacaq.
Çempionatda 8 qrup üzrə 32 komanda yarışacaq. Dünya çempionatı 1 iyuna qədər davam edəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Zemfira Ms
Finss.az