2025-ci il yanvarın 1-nə olan məlumata əsasən, rezident bankların Azərbaycan Mərkəzi Bankındakı (AMB) qısamüddətli depozitlərinin həcmi 1 milyard 268 milyon manat təşkil edib.
Finss.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 414 milyon manat və ya 2,1 dəfə azalma deməkdir.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-nə bu rəqəm 2 milyard 682 milyon manat səviyyəsində idi.
Fuad Mədətov
Finss.az