MÜSAHİBƏ

05 İyun

Azərbaycandan Böyük Britaniyaya neft ixracı 12 dəfə artıb

Finss.az - Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Böyük Britaniyaya 137,3 milyon ABŞ dolları dəyərində 243,9 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 12,5 dəfə və ya 126,3 milyon dollar, həcm baxımından isə 11,8 dəfə və ya 223,3 min ton artım deməkdir.

Ümumilikdə, 2025-ci ilin ilk dörd ayı ərzində Azərbaycandan 4,56 milyard dollar dəyərində 8,2 milyon tondan çox xam neft məhsulları ixrac olunub. Bu müddətdə Böyük Britaniya idxalçı ölkələr arasında 7-ci yerdə qərarlaşıb. İxrac olunan xam neftin təqribən 3 faizi bu ölkəyə göndərilib.