Finss.az - Bu ilin yanvar-aprel aylarında Azərbaycanın mədənçıxarma sənayesində 674,2 ton mis konsentratı istehsal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 dəfə və ya 601,9 ton çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il mayın 1-nə ölkədə 154,8 ton hazır mis konsentratı ehtiyatı mövcuddur.