Finss.az - Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər dənizində hasil edilən qazı Avropa bazarlarına çatdırmaqla, Azərbaycan son beş ildə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verib.
Bu fikirləri Trans-Adriatik Boru Kəmərinin (TAP) icraçı direktoru Luka Şippati Bakı Enerji Forumunda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, indiyədək Avropaya 47 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac olunub ki, bunun 39 milyard kubmetri İtaliya istiqamətində nəql edilib.
“Biz artıq TAP-ın nominal ötürücülük qabiliyyətini keçmişik. TAP olaraq etibarlı və davamlı mənbəyə — Azərbaycana güvənmişik. Azərbaycan sübut edib ki, Avropanın etibarlı təchizatçısıdır. İstənilən riskləri süni intellekt və dronlar kimi texnologiyaların köməyi ilə real vaxt rejimində idarə edə bilirik. Bu texnologiyalar boru kəmərinin gündəlik etibarlı işləməsini təmin edir,” – deyə Şippati vurğulayıb.