MÜSAHİBƏ

05 İyun

Azərbaycan turizm sahəsində 26% artım əldə edib

Finss.az - Azərbaycan turizm sektorunda son illər əhəmiyyətli irəliləyişlərə nail olub. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında bildirib. Onun sözlərinə görə, 2024-cü ildə beynəlxalq turistlərin sayı ötən illə müqayisədə 26% artıb, turist xərcləri isə 5,1 milyard ABŞ dollarına çatıb.

Nağıyev həmçinin qeyd edib ki, Azərbaycan 2001-ci ildən BMT Turizm Təşkilatının üzvüdür və bu illər ərzində fəal iştirak edib. Ölkə 2025–2029-cu illər üçün İcraiyyə Şurasına namizədliyini irəli sürüb və seçkilər bu iclas çərçivəsində keçirilir. Pandemiyadan sonra bərpa prosesi və Avropa bazarına yönəlmiş marketinq fəaliyyətləri turizmdə müsbət dinamikanı sürətləndirib.