MÜSAHİBƏ

13 İyun

MİDA İpoteka Krediti: 100 000 AZN-dək, 4% illik faizlə, 10% ilkin ödənişlə

Bank Respublika ASC-nin MİDA İpoteka Krediti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) vəsaiti hesabına MİDA MMC və MİDA ilə müqavilə bağlamış investorlar tərəfindən inşa edilən mənzillərin alınması üçün verilən güzəştli ipoteka kreditidir.

Finss.az xəbər verir ki, kredit məbləği 100 000 AZN-dək, müddəti 3 ildən 30 ilə qədər, illik faiz dərəcəsi isə 4%-dir. İlkin ödəniş 10% təşkil edir.

Bu ipoteka krediti yalnız güzəştli kateqoriyaya aid olan müştərilər üçün nəzərdə tutulub. Güzəştli mənzil yalnız “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş mənzillərin rəsmiləşdirilməsi zamanı əldə edilə bilər. Mənzil seçimi elektron qaydada //mida.gov.az/az/e-system/ ünvanından həyata keçirilir. Mənzil seçildikdən sonra müştəri bankaya müraciət edir.

MİDA ipotekasına müraciət etmək üçün ilk növbədə ASAN Xidmət vasitəsilə ASAN və ya elektron imza əldə edilməli, sonra isə ASAN Xidmətdən MİDA şəxsi kabinet nömrəsi alınmalıdır. MİDA şəxsi kabinet nömrəsi əldə etdikdən sonra müvafiq sənədlər yüklənərək müraciət göndərilə bilər.

Ətraflı məlumat üçün: //www.bankrespublika.az/az/ipoteka/mida-ipoteka-krediti_2584

Fuad Mədətov
Finss.az