MÜSAHİBƏ

16 İyun

TENDER: Cari təmir işlərinin

Finss.az - Azərbaycan Milli Aerokosmik Agentliyi binalarda cari təmir işlərinin aparılması məqsədilə tender müsabiqəsi elan edib.

Tender çərçivəsində daş, elektrik naqili, sement, kərpic, divar və tavan materialları, lampalar, elektrik qutuları, mebel və digər tikinti-təmir işləri üçün zəruri materiallar və xidmətlər satın alınacaq.

Layihənin ehtimal olunan dəyəri 119 067,37 manatdır. İştirakçılar üçün 250 manat iştirak haqqı və 25 manat istifadə haqqı nəzərdə tutulub. Təkliflərin qəbulu və zərflərin açılışı 9 iyul 2025-ci il, saat 11:00-da keçiriləcək.

Ətraflı məlumatı etender.gov.az portalından əldə etmək mümkündür.