MÜSAHİBƏ

18 İyun

Aqrar sektor üçün 15 000 AZN-dək mikro biznes kredit imkanı

Kapital Bank kənd təsərrüfatı ilə məşğul olan subyektlər üçün AKİA (Aqrar Kredit və İnkişaf Agentliyi) vəsaiti ilə maliyyələşdirilən güzəştli mikro biznes kreditləri təklif edir.

Finss.az xəbər verir ki, kreditlər 15 000 AZN-dək məbləğdə və 36 ayadək müddətdə verilir. İllik faiz dərəcəsi 12% təşkil edir və ödənişlər annuitet üsulu ilə həyata keçirilir.

Bu kredit məhsulunun üstünlükləri sırasında yaşayış yerinə vizit etmədən kredit əldə etmə imkanı, geniş filial şəbəkəsi vasitəsilə xidmət, müsbtə kredit tarixçəsinə malik müştərilər üçün girovsuz kredit alma şansı, 12 ayadək güzəşt müddəti və sürətli kredit rəsmiləşdirmə yer alır.

Kredit almaq üçün əsas tələblər: yaşın 20-dən yuxarı olması, kənd təsərrüfatı üzrə minimum 12 aylıq fəaliyyət və VÖEN-in olmasıdır.

Ətraflı məlumat üçün: //birbank.business/kreditler/mikro-biznes-kreditleri/akia-kreditleri?id=3_gl=1*87m199*_gcl_au*MTcxMDQ0MjAwLjE3NTAxNTkzMzQ.

Fuad Mədətov
Finss.az