MÜSAHİBƏ

20 İyun

Sahibkarlıq subyektləri üçün 36 ayadək maliyyə dəstəyi imkanı yaradılıb

"Kapital Bank" ASC sahibkarlıq subyektlərinin cari ehtiyaclarının ödənilməsi və fəaliyyətlərinin genişləndirilməsi məqsədilə biznes kredit xətti təklif edir.

Finss.az xəbər verir ki, bu kredit məhsulu hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub.

Kredit xəttinin əsas üstünlüklərindən biri sürətli rəsmiləşmə prosesidir – müraciət edən müştərilər üçün kredit vəsaiti cəmi 3 iş günü ərzində təqdim edilir. Eyni zamanda, bank kreditin faiz dərəcəsi, komissiya haqqı və təminatla bağlı fərdi yanaşma tətbiq edir, bu isə hər bir sahibkara biznesinə uyğun şərtlərlə maliyyələşmə imkanı yaradır. Kreditin maksimal məbləği üzrə məhdudiyyət nəzərdə tutulmayıb.

Məhsul çərçivəsində kredit məbləği 50 000 AZN-dən başlayır, maksimal müddət isə 36 aya qədərdir. Faiz dərəcəsi milli valyutada 12%-dən, xarici valyutada isə 8%-dən başlayır. Təminat olaraq daşınmaz əmlak və ya zaminlik qəbul olunur.

Kapital Bank bu məhsulla bizneslərin likvidlik ehtiyaclarını çevik şəkildə qarşılamaq və maliyyə manevr imkanlarını genişləndirmək məqsədi daşıyır.

Ətraflı məlumat üçün: //birbank.business/kreditler/biznes-kreditleri/kredit-xetti?id=4

Fuad Mədətov
Finss.az