Kapital Bank arzulanan avtomobili əldə etmək istəyənlər üçün sərfəli avtomobil krediti təqdim edir.
Finss.az xəbər verir ki, kreditin məbləği minimum 5 000 AZN-dən başlayaraq maksimum 200 000 AZN-ə qədər təklif olunur. Müddət 12 aydan 59 ayadək, illik faiz dərəcəsi isə 12%-dən başlayır. Ödənişlər annuitet üsulu ilə həyata keçirilir.
İlkin ödəniş avtomobilin mühərrik növünə və istehsal tarixinə əsasən dəyişir:
- Elektrik mühərrikli avtomobillər: 3 ilə qədər – minimum 10%, 3 ildən çox – minimum 40%
- Hibrid mühərrikli avtomobillər: 1 ilə qədər – minimum 20%, 1-3 il arası – minimum 40%, 3 ildən çox – minimum 50%
- Digər avtomobillər: 1 ilə qədər – minimum 40%, 1-3 il arası – minimum 50%, 3 ildən çox – minimum 60%
Avtomobilin istehsal tarixi maksimum 5 il olmalıdır. Kreditləşməyə Rusiya, İran və daxili istehsal olan avtomobillər daxil deyil. Avtomobil yalnız rəsmi avtomobil salonlarından alınmalıdır.
Kredit üçün tələb olunan sənədlər:
- Şəxsiyyəti təsdiq edən sənəd
- Rəsmi gəlir haqqında sənəd (iş yerindən arayış, elektron arayış və ya əməkhaqqı hesabından çıxarış)
Borcalanın yaşı minimum 20, maksimum 70 olmalıdır (kreditin son ödəniş tarixinə qədər). Borcalan Azərbaycan Respublikasında qeydiyyatda olmalıdır.
Avtomobil krediti üzrə FİFD (faktiki illik faiz dərəcəsi) minimum 15.5%-dən, maksimum 20.5%-dək təşkil edir.
Ətraflı məlumat üçün: //birbank.az/avtomobil-krediti
Fuad Mədətov
Finss.az