2025-ci ilin sonuna cari əməliyyatlar balansının 4 milyard dollar səviyyəsində olması proqnozlaşdırılır.
Finss.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüqar Əhmədov 2025-ci ilin birinci rübü üzrə tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.
O qeyd edib ki, cari ilin sonuna cari əməliyyatlar balansının həcmi təxminən 4 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.
Fuad Mədətov
Finss.az