2025-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 55,7 milyon manat həcmində vəsait yönəldilib.
Bu barədə Finss.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə investisiya həcmi 31,5 % artıb. Yatırılan vəsaitin 34,9 milyon manatı və ya 62,6 %-i tikinti-quraşdırma işlərinə sərf olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 % çoxdur.
Fuad Mədətov
Finss.az