MÜSAHİBƏ

20 İyun

Aktiv əmanət müqabilində 500 AZN-dən başlayan kredit almaq mümkündür

Kapital Bank “Kapital depoziti” yerləşdirən müştərilərə əmanət məbləğinin 90%-inədək nağd kredit və ya kredit xətti təqdim edir. Minimum kredit məbləği 500 AZN və ya ABŞ dollarıdır. Kreditin və ya kredit xəttinin müddəti müştərinin əmanət müqaviləsinin bitmə tarixindən öncəki iş gününədək müəyyən edilir.

İllik faiz dərəcəsi AZN üzrə əmanətlər üçün +5%, USD üzrə əmanətlər üçün isə +4% təşkil edir. Kredit almaq üçün əsas şərt Birbank-da yerləşdirilmiş aktiv əmanətin olmasıdır. Müştəridən şəxsiyyət vəsiqəsi, hərbçilərdən əlavə olaraq şəxsi vəsiqə, xarici vətəndaşlardan isə şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Əlavə olaraq qeydiyyat və iş yeri tələbi yoxdur. Kredit xidmətindən yararlanmaq üçün müştərinin yaşı minimum 18 olmalıdır.

Ətraflı məlumat üçün: //birbank.az/kreditler/emanet-teminatli-kredit

Fuad Mədətov
Finss.az