MÜSAHİBƏ

19 İyun

Azərbaycanın tədiyyə balansında 413 milyon dollarlıq ümumi kəsir yaranıb

2025-ci ilin birinci rübündə Azərbaycanın tədiyyə balansında 413 milyon ABŞ dolları həcmində ümumi kəsir qeydə alınıb. Halbuki ötən ilin eyni dövründə bu göstərici 116 milyon dollarlıq profisitlə əvəz olunub.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsirin formalaşmasına cari əməliyyatlar balansındakı 1 milyard 142,9 milyon dollarlıq profisit (ötən ilin eyni dövrü ilə müqayisədə 33,9 % az), kapital hesabındakı 0,7 milyon dollarlıq kəsir (dəyişməz qalıb), maliyyə hesabındakı 1 milyard 224,7 milyon dollarlıq kəsir (23,2 % az) və balanslaşdırıcı maddələr üzrə 330,5 milyon dollarlıq kəsir (17,8 dəfə artım) təsir edib.

Fuad Mədətov
Finss.az