2025-ci ilin birinci rübündə Asiya İnkişaf Bankından (AİB) Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 1,620 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 314 min ABŞ dolları və ya 16,2% azalıb.
Hesabat ilində Azərbaycana cəlb olunmuş ümumi birbaşa xarici investisiyalarda Asiya İnkişaf Bankının payı 0,1% olub.
Xatırladaq ki, 2024-cü ilin birinci rübündə AİB-dən Azərbaycana yatırılan investisiyaların həcmi 1,934 milyon ABŞ dolları təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 1,519 milyard ABŞ dollarından çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,456 milyon dollar və ya 0,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az