“Azərbaycan Beynəlxalq Bankı” (ABB) əmanəti olan müştərilər üçün sərfəli şərtlərlə nağd kredit təklif edir.
Finss.az xəbər verir ki, bu məhsul müştərinin bankdakı depoziti əsasında formalaşır və kredit məbləği əmanətin 70%-inədək, maksimum 50 000 manat və ya əmanətin valyutasında təyin olunur.
Kredit üzrə illik faiz dərəcəsi əmanətin faiz dərəcəsinə uyğun hesablanır: milli valyutada +5%, xarici valyutada isə +3% əlavə olunur. Komissiya haqqı cəmi 0.5%-dir.
Kredit müddəti əmanətin müddətindən artıq olmamaq şərti ilə verilir və maksimum 5 ilə qədər uzadıla bilər. Təminat kimi borcalanın adına rəsmiləşdirilmiş depozit vəsaiti qəbul edilir. Kreditin əsas borcu müddətin sonunda, faiz borcu isə aylıq ödənilir.
Kredit məhsulundan yararlanmaq üçün 18 yaşdan yuxarı olmaq kifayətdir. Lazımi sənədlər isə sadədir: şəxsiyyəti təsdiq edən sənəd və əmanət müqaviləsi.
ABB bu kredit məhsulu ilə müştərilərinə əmanətlərindən istifadəni daha çevik və səmərəli şəkildə təşkil etməyə imkan yaradır.
Ətraflı məlumat üçün: //abb-bank.az/az/ferdi/kreditler/emanetci-nagd-krediti
Fuad Mədətov
Finss.az