Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan İtaliyaya 3 milyard ABŞ dolları dəyərində 5,7 milyon tondan çox xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistikada qeyd olunur.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər dəyər ifadəsində 22,5 faiz və ya 567,9 milyon dollar, fiziki həcminə görə isə 45,2 faiz və ya 1,78 milyon ton artım nümayiş etdirib.
Cari ilin ilk 5 ayında ümumilikdə Azərbaycandan 10,3 milyon tondan çox xam neft və xam neft məhsulları ixrac olunub. Bu ixracın ümumi dəyəri 5,64 milyard dollar təşkil edib.
İtaliya ixracat həcminə görə Azərbaycanın əsas neft alıcısı olaraq qalır. Belə ki, 5 aylıq dövrdə bu ölkəyə yönəldilən neft ixracı ümumi həcmin 55,3 faizini təşkil edib.