MÜSAHİBƏ

23 İyun

Aqrar sektorun kreditləşməsində artım qeydə alınıb

Finss.az - Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 4340 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, hesabat dövründə aqrar sektorda fəaliyyət göstərən 2322 müraciət üzrə 42,8 milyon manat məbləğində güzəştli kredit verilib. 2024-cü ilin ilk beş ayının göstəricilərinə nisbətdə güzəştli kredit alanların sayı 41,1 faiz, kredit məbləği isə 34,6 faiz artıb.

Verilən kreditlərin 35 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 2,5 milyon manatı güzəştli kreditlər, 5,3 milyon manatı isə mikrokreditlərdir.