Bir sıra dövlət qurumları Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planı hazıralayacaq.
Finss.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sənədə əsasən, Dövlət Turizm Agentliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.
Bu Sərəncam iyunun 21-dən qüvvəyə minib.