MÜSAHİBƏ

25 İyun

Qızılın qiyməti 3 330 dollardan aşağı düşdü

Finss.az - "Comex" birjasında qızıl fyuçerslərinin qiymətində ucuzlaşma müşahidə olunub.

Belə ki, Nyu-York əmtəə birjasının (NYMEX) bölməsi olan bu platformada 1 troya unsiyası üçün qızılın qiyməti 3 330 dollar səviyyəsindən aşağı düşüb.

Birja məlumatlarına əsasən, qiymət 1,1% azalaraq 3 329,9 ABŞ dolları təşkil edib. Bu geriləmə qlobal bazarlarda riskli aktivlərə marağın artması və ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasətinə dair gözləntilərlə əlaqələndirilir.

Analitiklər bildirirlər ki, qiymətli metallara marağın azalması son günlər investorların risk iştahasının yüksəlməsi və iqtisadi sabitlik siqnalları fonunda baş verir. Bununla yanaşı, ABŞ dollarının möhkəmlənməsi də qızılın qiymətinə təzyiq göstərən əsas faktorlardan biridir.