MÜSAHİBƏ

26 İyun

“ABB İnvest” korporativ istiqraz dövriyyəsini 15% artırıb

“ABB İnvest İnvestisiya Şirkəti” QSC 2025-ci ilin yanvar-may aylarında 109 milyon manatlıq korporativ istiqraz dövriyyəsi həyata keçirib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Bakı Fond Birjasının (BFB) rəsmi statistikalarında əksini tapıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,96 milyon manat artım və 15%-lik yüksəliş deməkdir.

Fuad Mədətov
Finss.az