MÜSAHİBƏ

30 İyun

Sosial Dəstək Mərkəzi 874 min manat gəlir əldə edib

Finss.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Dəstək Mərkəzi 2024-cü ili 122 min manat zərərlə yekunlaşdırıb.

Qurumun maliyyə hesabatının məlumatına görə, bu göstərici 2023-cü illə müqayisədə 21,9 % azdır. Lakin Mərkəzin yığılmış zərəri 22,6 % artaraq 661 min manata çatıb.

Ötən il qurumun:

  • əməliyyat gəlirləri – 874 min manat (0,7 % artım),

  • işçi heyəti ilə bağlı xərcləri – 581 min manat (13,9 % artım),

  • sosial xidmət və maddi yardım xərcləri – 142 min manat (42,3 % azalma),

  • amortizasiya xərcləri – 197 min manat (3 % azalma),

  • inzibati və digər xərcləri isə – 76 min manat (16,9 % artım) təşkil edib.

2024-cü il yanvarın 1-nə Mərkəzin aktivləri və balans kapitalı 2,895 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 1,4 % azalma deməkdir. Qurumun öhdəlikləri qeydə alınmayıb.

Qeyd edək ki, 2021-ci ildə yaradılan Sosial Dəstək Mərkəzinin nizamnamə kapitalı 3,27 milyon manatdır. Mərkəz əlilliyi olan şəxslərin, işsiz və işaxtaranların, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğu və sosial adaptasiyası istiqamətində layihələr həyata keçirir.