Finss.az - 2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % artaraq 13 milyard 761,5 milyon manata çatıb.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Hesabat dövründə:
-
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satış 5,7 % artaraq 7 milyard 508,1 milyon manat təşkil edib;
-
Qeyri-ərzaq mallarının dövriyyəsi isə 3,8 % artımla 6 milyard 253,4 milyon manat olub.
Pərakəndə satış strukturuna görə:
-
39,6 % hüquqi şəxslərə məxsus ticarət müəssisələrinin,
-
51,6 % fərdi sahibkarlara məxsus obyektlərin,
-
8,8 % isə əmtəə bazarlarının payına düşüb.
Ticarət dövriyyəsində artım həm müəssisələr üzrə (7,5 %), həm də bazar və yarmarkalarda (3,0 %) müşahidə olunub.
Eyni dövrdə ölkə üzrə ümumi pərakəndə ticarət dövriyyəsi 23 milyard 341,3 milyon manat təşkil edib. Bunun 59 %-i yalnız Bakı şəhərinin payına düşür.