Finss.az xəbər verir ki, Eurostat statistika idarəsinin ilkin məlumatlarına görə, avrozonada iyunda istehlak qiymətləri illik müqayisədə 2% artıb.
Belə ki, inflyasiya may ayında olan 1,9%-lə müqayisədə sürətlənib.
Bu göstərici analitiklərin konsensus proqnozu ilə üst-üstə düşüb.
Avrozonada istehlak qiymətlərinin artım tempi Avropa Mərkəzi Bankının (AMB) hədəfindədir ki, bu da tənzimləyicinin inflyasiyanı nəzarət altına ala bildiyini göstərir.
Avrozonada xidmətlərin qiymətlərinin iyunda artımı may ayındaki 3,2%-dən 3,3%-ə qədər sürətləndi, ərzaq, alkoqol və tütün məmulatlarının qiyməti 3,2%-dən 3,1%-ə enib. Enerji qiymətləri may ayında 3,6% ucuzlaşdıqdan sonra 2,7% ucuzlaşıb, sənaye malları 0,5% (bir ay əvvəl - 0,6%) bahalaşıb.