2025-ci ilin yanvar-may aylarında “Qala Həyat” Sığorta Şirkəti ASC 12 milyon 36 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 237 min manat və ya 22,8% artım deməkdir. Ötən ilin yanvar-may aylarında şirkət 9 milyon 799 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk beş ayında “Qala Həyat” Sığorta Şirkəti ASC 583 min manat sığorta ödənişi həyata keçirib. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 820 min manat və ya təxminən 58,5% azalma deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 1 milyon 403 min manat təşkil etmişdi.
Fuad Mədətov
Finss.az