2025-ci ilin yanvar-may aylarında “Qala Sığorta” ASC 46 milyon 664 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 897 min manat və ya 6,6% artım deməkdir. Ötən ilin yanvar-may ayında şirkət 43 milyon 767 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk beş ayında “Qala Sığorta” ASC 10 milyon 254 min manat sığorta ödənişi həyata keçirib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 587 min manat və ya 80,9% artım deməkdir. Beləliklə, ötən ilin eyni dövründə sığorta ödənişləri 5 milyon 667 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az