Əmtəə bazarlarında qiymətli metallar üzrə qiymət dəyişiklikləri müşahidə olunub.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 0,13% artaraq 3 364,2 ABŞ dollarına yüksəlib.
Eyni zamanda, COMEX-də sentyabr ayı üzrə gümüş fyuçerslərinin qiyməti 0,24% azalaraq 36,65 ABŞ dolları təşkil edib.
Fuad Mədətov
Finss.az