2025-ci ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında ilk yeri qızıl tutub.
Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın 2025-ci ilin iyun sayında əksini tapıb.
Hesabata əsasən, sözügedən dövrdə qızıl ixracından əldə olunan gəlir 121,3 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ilə qızıl qeyri-neft sektoru üzrə ixrac malları arasında birinci olub.
İkinci yeri 113,8 milyon ABŞ dolları ilə pomidor, üçüncü yeri isə 88,8 milyon ABŞ dolları ilə pambıq məhsulları tutub.
Açıqlanan rəqəmlər Azərbaycanın qeyri-neft ixracında həm aqrar, həm də sənaye məhsullarının mühüm rol oynadığını və bu sahələrin ixrac potensialının artmaqda olduğunu göstərir.
Fuad Mədətov
Finss.az