2025-ci ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Finss.az xəbər verir ki, hesabat dövründə ən yüksək ticarət dövriyyəsinə malik olan investisiya şirkəti “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub. Şirkətin dövriyyəsi 24,46 milyard manat, əməliyyatların sayı isə 3 891 təşkil edib.
İkinci yerdə “ABB İnvest İnvestisiya Şirkəti” QSC qərarlaşıb – 17,77 milyard manat dövriyyə ilə, ümumilikdə 13 956 əməliyyat həyata keçirilib.
Üçüncü pillədə isə “Assist Finance İnvestisiya Şirkəti” ASC yer alıb – 2,89 milyard manat dövriyyə və 1 170 əməliyyat.
BFB-nin daxili qaydalarına əsasən, üzvlərin renkinqi aylıq olaraq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Qiymətləndirmə zamanı repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla olan dövriyyələr əsas götürülür.
İnvestisiya şirkətlərinin yanvar-iyun ayları üzrə dövriyyə cədvəli (manatla):

Fuad Mədətov
Finss.az