2025-ci ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar 1,131 milyard Rusiya rublu həcmində alqı-satqı əməliyyatları həyata keçirib.
Finss.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 602,161 milyon Rusiya rublu və ya 2,1 dəfə artım deməkdir. 2024-cü ilin may ayında bankların rubl alqı-satqısı 528,626 milyon rubl təşkil edib.
Hesabat dövründə bankların Rusiya rublu alışının həcmi 970,760 milyon rubl, satışının həcmi isə 160,027 milyon rubl olub.
İllik müqayisədə rubl alışında 672,33 milyon rubl və ya 3,3 dəfə artım qeydə alınsa da, satış həcmi 70,168 milyon rubl azalıb və 30,5% azalma ilə 160,027 milyon rubl təşkil edib. Qeyd edək ki, ötən ilin eyni dövründə banklar 298,430 milyon rubl alış, 230,196 milyon rubl satış edib.
Fuad Mədətov
Finss.az