MÜSAHİBƏ

07 İyul

2024-cü ildə ən çox adambaşına dövlət borcu olan ölkələr açıqlanıb

2024-cü ildə dünyada ən yüksək adambaşına dövlət borcu Sinqapur və ABŞ-da qeydə alınıb.

Finss.az BMT-nin statistik məlumatlarına əsasən xəbər verir ki, Sinqapurda hər nəfərə düşən dövlət borcu 10,5 min dollar artaraq 158 min dollara çatıb. Bu, dünyada ən yüksək göstəricidir.

ABŞ-da isə adambaşına dövlət borcu 5,8 min dollar artaraq 103,7 min dollar olub.

Yaponiya da borcun yüksək olduğu ölkələr sırasındadır. Ötən il burada borc azalsa da, hər vətəndaşa düşən borc hələ də 76,9 min dollar səviyyəsində qalır.

Ümumilikdə, 2024-cü ildə 134 ölkədə adambaşına düşən dövlət borcu artıb, 48 ölkədə isə azalma müşahidə olunub.

Hazırda dünyada hər bir insanın üzərinə təxminən 11,4 min dollar dövlət borcu düşür.

Fuad Mədətov
Finss.az