MÜSAHİBƏ

07 İyul

Nağdsız ödənişlə alınan əmlakların ƏDV-si üçün 8 042 müraciət rədd edilib

Bu il iyulun 1-ə qədər nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün portal üzərində ümumilikdə 23 154 müraciət daxil olub.

Finss.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu müraciətlərdən 12 206-ı üzrə 65.3 milyon manat vəsait vətəndaşlara ödənilib.

"8042 müraciətə imtina cavabı verilib və ya ödəniş üzrə əməliyyatlar uğursuz olub", - deyə qeyd olunub.

Bu linkə daxil olaraq nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı məlumatlarla tanış ola bilərsiniz.

©Trend