MÜSAHİBƏ

07 İyul

“Bank Respublika”nın dəstəyi ilə “Qəhrəman Övladları” Yaylaq Düşərgəsi təşkil olundu

Finss.az“Bank Respublika”dan şəhid övladlarına daha bir qayğıkeş addım

Ölkənin aparıcı və sosial məsuliyyətli banklarından biri olan “Bank Respublika”nın dəstəyi, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə 30 iyun – 5 iyul 2025-ci il tarixlərində Göygöl rayonunun təbiət qoynunda yerləşən “Xan Yurdu” etnoqəsəbəsində şəhid övladları üçün“Qəhrəman Övladları” adlı yaylaq düşərgəsi keçirildi.

Düşərgənin keçirilməsində əsas məqsəd – Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın övladlarına mənəvi dayaq olmaq, onların yay tətilini dolğun və mənalı keçirmələrinə dəstək göstərmək idi.

Düşərgədə ölkənin müxtəlif bölgələrindən olan Xüsusi Təyinatlı Qüvvələr mənsubu olan şəhidlərin 70 övladı və ailə üzvləri iştirak edib. Onlar üçün qədim türk mədəniyyətini əks etdirən alaçıqlarda yerləşmə, gündəlik qidalanma və nəqliyyat təminatı, eyni zamanda təbiət qoynunda ekskursiyalar, maarifləndirici təlimlər, ustad dərsləri, əyləncəli oyunlar və yaradıcılıq proqramları təşkil olunub.

Düşərgə boyu uşaqlar həm bir-birilə ünsiyyət qurub yeni dostluqlar qazanıb, həm də milli-mədəni irsimiz, qəhrəmanlıq ruhu və azərbaycançılıq dəyərləri ilə daha yaxından tanış oldular.

Bank Respublika illərdir həyata keçirdiyi sosial layihələrlə şəhid ailələrinin, qazilərin və onların övladlarının həyatına mənalı töhfələr verməyə, onların rifahına dəstək olmağa çalışır. “Qəhrəman Övladları” düşərgəsi isə bu istiqamətdə atılmış növbəti dəyərli addım kimi xüsusi əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook |  Instagram | LinkedIn      |  Telegram
Çağrı Mərkəzi: 144