MÜSAHİBƏ

08 İyul

Azərbaycandan Serbiyaya təbii qaz ixracı 7,6 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Serbiyaya 128,5 milyon kubmetr təbii qaz ixrac edib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir 66,6 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Serbiyaya təbii qaz ixracı həcminə görə 111,7 milyon kubmetr və ya 7,6 dəfə, dəyər ifadəsində isə 60,6 milyon ABŞ dolları və ya 11,1 dəfə artıb. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan Serbiyaya 16,8 milyon kubmetr, 6 milyon ABŞ dolları dəyərində qaz ixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin ilk dörd ayında Azərbaycana idxal edilən təbii qazın həcmi 176,5 milyon kubmetr, dəyəri isə 27,2 milyon ABŞ dolları olub. Eyni dövrdə ölkədən ixrac edilən təbii qazın ümumi həcmi 8,2 milyard kubmetr, dəyəri isə 3,1 milyard ABŞ dolları təşkil edib.

Yanvar-aprel aylarında Azərbaycan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana qaz ixracını davam etdirib, idxal isə əsasən Rusiya və Türkmənistandan həyata keçirilib.

Fuad Mədətov
Finss.az