MÜSAHİBƏ

09 İyul

bp Liviyada enerji potensialını qiymətləndirmək üçün NOC ilə anlaşma imzalayıb

Britaniyanın neft-qaz nəhəngi bp şirkəti Liviyanın Milli Neft Korporasiyası (NOC) ilə yeni əməkdaşlıq sazişi imzalayıb. Bu Anlaşma Memorandumu bp-yə ölkənin geniş neft potensialını qiymətləndirmək və yeni yataqların işlənməsi istiqamətində imkanları araşdırmaq imkanı verəcək.

Finss.az-ın məlumatına görə, bu barədə bp şirkətinin mətbuat xidməti açıqlama yayıb.

“bp şirkəti Sirt hövzəsində yerləşən iri Sərir və Messlə neft yataqlarının təkrar işlənməsi imkanlarını qiymətləndirmək məqsədilə Liviyanın NOC təşkilatı ilə Anlaşma Memorandumu imzalayıb”, – deyə rəsmi məlumatda bildirilir.

Məlumata əsasən, şirkət mütəxəssisləri yalnız mövcud yataqlarla kifayətlənməyəcək, eyni zamanda onlara yaxın ərazilərdəki potensial resursları, o cümlədən qeyri-ənənəvi karbohidrogen ehtiyatlarını da araşdırmağı planlaşdırırlar. Bu çərçivədə şist nefti, şist qazı, metan və digər enerji daşıyıcılarının ehtiyatları diqqət mərkəzində olacaq.