Finss.az - Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb.
Parlamentin 14 iyul tarixində keçiriləcək iclasında 13 məsələ müzakirəyə çıxarılacaq.
Gündəlikdə "Müdafiə haqqında", "Təhsil haqqında", "Dövlət borcu haqqında", "Büdcə sistemi haqqında", “Gömrük Məcəlləsi” və digər qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda baxılacaq.
Eyni zamanda Mülki Məcəllə, Vergi Məcəlləsi, Cinayət-Prosessual və Mülki Prosessual məcəllələr də daxil olmaqla çoxsaylı qanunvericilik aktlarına dəyişiklikləri əhatə edən geniş qanun paketi parlamentin diqqətində olacaq.
Qeyd edək ki, gündəlikdə “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi də yer alıb. Həmçinin şəxsiyyət vəsiqəsi, yaşayış yeri üzrə qeydiyyat və daşınmaz əmlak reyestri sahəsində hüquqi aktlara düzəlişlər də müzakirə ediləcək.
Müzakirə ediləcək məsələlərin əksəriyyəti hüquqi sistemin təkmilləşdirilməsi, inzibati idarəetmənin sadələşdirilməsi və rəqəmsallaşma prosesinin sürətləndirilməsi ilə bağlıdır.