MÜSAHİBƏ

09 İyul

2026-cı ildə Azərbaycan neft hasilatı 0,54 milyon barrel/gün olacaq

Finss.az - ABŞ-nin Enerji İnformasiya İdarəsi (EIA) 2026-cı il üçün Azərbaycan neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb.

Məlumata görə, 2026-cı ildə ölkənin xam neft hasilatı gündəlik 0,54 milyon barrel səviyyəsində olacaq. Bu göstərici əvvəlki qiymətləndirmə ilə müqayisədə dəyişməz qalıb.

Proqnoza əsasən, 2026-cı ilin birinci rübündə hasilat günə 0,55 milyon barrel olacaq, ikinci rübdə isə 0,54 milyon barrelə qədər azalacaq. Üçüncü və dördüncü rüblərdə isə hasilat 0,53 milyon barrel/gün səviyyəsində stabilləşəcək.

2025-ci il üçün EIA ölkənin gündəlik neft hasilatını orta hesabla 0,57 milyon barrel kimi qiymətləndirir. İlin birinci və ikinci rüblərində bu həcm əldə olunacaq, ilin ikinci yarısında isə yüngül azalma ilə gündəlik 0,56 milyon barrelə düşəcəyi gözlənilir.

Yanvar–aprel ayları üzrə operativ məlumatlar göstərir ki, kondensatla birlikdə ölkədə neft hasilatı 9,1 milyon ton, ixrac isə 7,8 milyon ton təşkil edib. Eyni dövrdə 16,7 milyard kubmetr qaz hasil olunub və onun 8 milyard kubmetri ixraca yönəldilib.