MÜSAHİBƏ

10 İyul

İKZF-nin müvəkkil banklara ayırdığı ipoteka limitləri tam icra olunur

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil banklara hər il ayırdığı ipoteka kredit limitləri tam şəkildə icra olunur.

Finss.az xəbər verir ki, bu barədə Fondun baş meneceri Rasim Abdullayev məlumat verib.

Onun sözlərinə görə, il ərzində ayrılmış limitlər üzrə həm adi, həm də güzəştli ipoteka kateqoriyaları üzrə vəsaitlər tam şəkildə istifadə edilir:

“Elə bir hal olmayıb ki, illik limitlərin yalnız 90-95 faizi icra olunsun. Adətən bu göstərici 98-100 faiz arasında dəyişir. Yalnız 1-2 faizlik kənarlaşma olur ki, bu da əsasən vətəndaşların onlara verilmiş 45 günlük möhlət müddətində uyğun mənzil tapa bilməməsi ilə bağlıdır. Bu zaman proses növbəti ilə keçir.”

Qeyd edək ki, İKZF tərəfindən müəyyən edilmiş limitlər vəsaitlərin səmərəli bölüşdürülməsi və vətəndaşların mənzil təminatına dəstək məqsədi daşıyır.

Fuad Mədətov
Finss.az