2025-ci il iyulun 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) sahibkarların aldığı 299,856 milyon manat kreditə zəmanət verib.
Finss.az xəbər verir ki, bu barədə Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov məlumat verib.
Onun sözlərinə görə, zəmanət verilən kreditlərin sektorlar üzrə bölgüsü belədir:
- Təmir xidmətləri, topdan və pərakəndə ticarət, elm və təhsil – 25 %
- Emal sənayesi – 23 %
- Tikinti sənayesi – 22 %
- Kənd təsərrüfatı, meşə və balıqçılıq – 13 %
- Turizm və ictimai iaşə – 3 %
- Nəqliyyat və anbar təsərrüfatı – 2 %
- Digər xidmət sahələri – 12 %
E.Kərimov əlavə edib ki, Fond ənənəvi zəmanət mexanizmi çərçivəsində 106 mindən çox sahibkarlıq subyektinin, portfel təminatı mexanizmi ilə isə təxminən 200 sahibkarlıq subyektinin maliyyələşməsinə dəstək verib.
Hazırda İKZF 17 müvəkkil bankla əməkdaşlıq edir.
Fuad Mədətov
Finss.az