MÜSAHİBƏ

11 İyul

Citi: EPS artımı 11%-dən çox olacaq

Finss.az - Citigroup analitikləri qlobal MSCI All Country World (ACWI) səhm indeksinin 2026-cı ilin ortalarına qədər 1150 punkt səviyyəsinə çatacağını proqnozlaşdırır.

Hazırda indeks 1100 punkt ətrafındadır və ekspertlər artımın 5%-dən az olacağını bildirir.

2025-ci ilin sonuna qədər səhm bazarlarının dar diapazonda hərəkət edəcəyi, artımın isə 2026-cı ilin ilk yarısında baş verəcəyi gözlənilir. Citi Yaponiyada və Avropa ölkələrində orta müddətli perspektivdə ən böyük artım potensialını görür, lakin ABŞ-ın idxal rüsumları və yenin güclənməsi səbəbindən Yaponiyanın səhm bazarı üçün tövsiyəni neytrala endirib.

Dünya səhm bazarları dəyişkənliyə baxmayaraq, tarixi maksimumlara yaxınlaşır. Citi, 2026-cı ilin sonuna qədər MSCI ACWI-yə daxil olan şirkətlərin EPS-in 11%-dən çox artacağını proqnozlaşdırır. Bu proqnoz Wall Street-in 13% artım gözləntilərindən aşağıdır.

Bank ABŞ səhm bazarı üçün neytral mövqedə qalır, inkişaf etməkdə olan bazarlar və Avstraliya üçün isə “bazarın altında” tövsiyə verir.