2025-ci il iyulun 1-nə olan məlumata görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 416 min nəfəri ötüb. Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb.
Finss.az Dövlət Statistika Komitəsi məlumatına əsasən xəbər verir ki, fərdi sahibkarların böyük əksəriyyəti aşağıdakı sahələr üzrə fəaliyyət göstərir:
- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
- Ticarət və nəqliyyat vasitələrinin təmiri
- Nəqliyyat və anbar təsərrüfatı
- Digər sahələrdə xidmətlərin göstərilməsi
Beləliklə, hər dörd fərdi sahibkardan üçü məhz bu sahələr üzrə qeydiyyatdan keçib.
Coğrafi bölgü:
Fərdi sahibkarların qeydiyyatı əsasən aşağıdakı iqtisadi rayonlarda cəmləşib:
- Bakı: 26,2%
- Lənkəran-Astara: 10,3%
- Qazax-Tovuz: 7,9%
- Mərkəzi Aran: 7,2%
Cins bölgüsü:
Fərdi sahibkarların 76,5%-i kişilər, 23,5%-i isə qadınlar təşkil edir.
Qadın sahibkarların fəaliyyət sahələrinə görə payı belədir:
- Digər sahələrdə xidmətlər – 37,3%
- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 26%
- Ticarət və nəqliyyat vasitələrinin təmiri – 22%
Qadın sahibkarların ən çox qeydiyyatdan keçdiyi regionlar isə aşağıdakılardır:
- Bakı – 28,4%
- Lənkəran-Astara – 10%
- Qazax-Tovuz – 9,6%
Bundan əlavə, qadın sahibkarların ölkə üzrə orta göstəricidən daha yüksək paya malik olduğu iqtisadi rayonlar aşağıdakılardır:
- Qazax-Tovuz – 28,5%
- Naxçıvan MR – 27,6%
- Gəncə-Daşkəsən – 26,1%
- Bakı – 25,4%
Fuad Mədətov
Finss.az