MÜSAHİBƏ

14 İyul

Borcalanlara 3,5 milyard manatlıq kredit verildi

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən bu günə qədər borcalanlara ümumilikdə 3,557 milyard manat məbləğində kredit verilib.

Finss.az xəbər verir ki, Fond həmçinin 581 milyon manatlıq kreditə zəmanət və subsidiya təqdim edib.

Fondun fəaliyyət istiqamətlərindən biri olan kirayə mexanizmi üzrə də nəticələr diqqətçəkicidir – indiyədək 7 283 mənzil vətəndaşlara kirayə əsasında təqdim olunaraq realizə edilib.

Qeyd edək ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” ilə “Kredit Zəmanət Fondu” ASC-nin birləşməsi əsasında yaradılıb və onların hüquqi varisidir.