MÜSAHİBƏ

14 İyul

SOCAR üzrə neft hasilatı 6 ayda 3,5 milyon ton təşkil edib

2025-ci ilin ilk yarısında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.

Bu barədə Finss.az-a Energetika Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 300 min ton və ya 7,9% azdır. 2024-cü ilin yanvar-iyun aylarında SOCAR üzrə hasilat 3,8 milyon ton olmuşdu.

Ümumilikdə, cari ilin ilk 6 ayında ölkədə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bunun 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”, 1,9 milyon tonu “Şahdəniz”, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.