MÜSAHİBƏ

15 İyul

Dövlət xəzinədarlığı tərəfindən bəzi xidmətlərə görə büdcə öhdəliyi götürülməyəcək

Xəzinə əməliyyatlarının sadələşdirilməsi və əməliyyatların sürətləndirilməsi məqsədilə dövlət xəzinədarlığı tərəfindən bəzi xidmətlərə görə dövlət (büdcə) öhdəliklərinin götürülməsi prosesi ləğv edilir.

Finss.az xəbər verir ki, bu məsələ Milli Məclisin dünən keçirilən iclasında müzakirə olunan “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, hər ilin dövlət büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər üçün xərclərin ən yüksək həddini göstərir. İl ərzində faktiki xərclərin məbləği bəzi hallar istisna olmaqla həmin həddən çox ola bilməz.

üdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir.

Təklif edilən dəyişikliklə büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödəniləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.