2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda külək elektrik stansiyalarında 21,8 milyon kVt-saat elektrik enerjisi istehsal olunub.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 milyon kVt-saat və ya 27,1% azalma deməkdir. 2024-cü ilin ilk yarısında ölkədə külək enerjisi istehsalı 29,9 milyon kVt-saat təşkil etmişdi.
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ümumilikdə 1 milyard 736,7 milyon manatlıq məhsul və xidmət göstərilib.
Bundan əlavə, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın həcmi 312,9 milyon manat olub.
Fuad Mədətov
Finss.az