Finss.az - Dövlət bankı Azər Türk Bankın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 806 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 7,3% çoxdur.
2025-ci ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 24, 3% yüksəlməklə 84,5 milyon manat, xərcləri 77,5 milyon manat olmuşdur.
Hesabat dövründə Azər Türk Bank 7 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 18,2% artaraq, 107,7 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 29,1% artımla 1,8 milyard manat səviyyəsindədir.
Bankın depozit portfeli 28,4% böyüyərək, 1,1milyard manat təşkil etmişdir.
Azər Türk Bankın nizamnamə kapitalı 79 milyon manat həcmindədir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.