MÜSAHİBƏ

17 İyul

Peşə təhsilində qəbul artırılır

Finss.az - İyul-avqust aylarında peşə təhsili müəssisələrinə qəbul kampaniyası keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmovun açıqlamasına görə, qəbul yerlərinin sayı artırılacaq və bu sahəyə maraq ildən-ilə yüksəlməkdədir.

Agentlik maliyyələşmədə mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçid edir. Bu sistemdə müəllim iş saatı, əməkhaqqı, enerji sərfiyyatı və digər xərclər əsas götürüləcək. C.Kərəmov bildirib ki, peşə təhsili praktiki yönümlüdür və məqsəd tələbələrin səhvlərini öyrənərək, əmək bazarına hazırlıqlı olmalarını təmin etməkdir.